Göytəpədə yanğın olub
![]()
Cəlilabad rayonunda yanğın olub.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhərində baş verib.
Nəticədə ümumi sahəsi 96 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 88 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Rubrika.Az
Facebook-da paylaş















