Əsas Səhifə > Dünya > Paşinyan Putinlə söhbətinin detallarını açıqladı
Paşinyan Putinlə söhbətinin detallarını açıqladı3-12-2018, 10:23 |
|
Rusiya prezidenti Vladimir Putin Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyana dekabrın 6-da Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitini təxirə salmağı təklif edib. Rubrika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən N. Paşinyan deyib ki, Putin dekabrın 6-da müvafiq qərarları müzakirə etməyi, sonra isə hazır qərarlarla yola düşməyi təklif edib: “Mən də razı oldum. İndi konsensusa gəlmədiyimizdən Astananı təkrarlamağa ehtiyac yoxdur, bu, qeyri-konstruktivdir. İşçi müzakirələrin davam etdirilməsinə ehtiyac var”. Rubrika.az Geri qayıt |