Paşinyan Putinlə söhbətinin detallarını açıqladı
![]()
Rusiya prezidenti Vladimir Putin Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyana dekabrın 6-da Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitini təxirə salmağı təklif edib.
Rubrika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən N. Paşinyan deyib ki, Putin dekabrın 6-da müvafiq qərarları müzakirə etməyi, sonra isə hazır qərarlarla yola düşməyi təklif edib:
“Mən də razı oldum. İndi konsensusa gəlmədiyimizdən Astananı təkrarlamağa ehtiyac yoxdur, bu, qeyri-konstruktivdir. İşçi müzakirələrin davam etdirilməsinə ehtiyac var”.
Rubrika.az
Facebook-da paylaş













