Əsas Səhifə > Hadisə > Astara-Bakı sərnişin qatarı piyadanı vurub öldürdü
Astara-Bakı sərnişin qatarı piyadanı vurub öldürdü11-12-2018, 15:58 |
![]() Astara stansiyasının ərazisində dəmiryolu xəttini keçmək istəyən rayon sakini sərnişin qatarı ilə vurulub. DİN-dən verilən məlumata görə, dekabrın 10-da saat 21 radələrində Astara stansiyasının ərazisində dəmiryolu xəttini keçmək istəyən Balacaşahağacı kənd sakini Tahir Qəhrəmanov Astara-Bakı sərnişin qatarı ilə vurulub və nəticədə piyada hadisə yerində ölüb. Araşdırma aparılır. RUBRIKA.AZ Geri qayıt |