Astara-Bakı sərnişin qatarı piyadanı vurub öldürdü

Astara stansiyasının ərazisində dəmiryolu xəttini keçmək istəyən rayon sakini sərnişin qatarı ilə vurulub.
DİN-dən verilən məlumata görə, dekabrın 10-da saat 21 radələrində Astara stansiyasının ərazisində dəmiryolu xəttini keçmək istəyən Balacaşahağacı kənd sakini Tahir Qəhrəmanov Astara-Bakı sərnişin qatarı ilə vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Araşdırma aparılır.
RUBRIKA.AZ
Facebook-da paylaş












