Əsas Səhifə > Hadisə > Türkiyənin antiterrror əməliyyatı qalmaqal yaratdı
Türkiyənin antiterrror əməliyyatı qalmaqal yaratdı14-12-2018, 22:21 |
|
Türkiyə Silahlı Qüvvələri antiterror əməliyyatlarını davam etdirir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hərbi Hava qüvvələrinin qırıcıları İraqın şimalındakı Zap və Hakurk bölgələrindəki terror düşərgələrini bombalayıb. Əməliyyat nəticəsində 8 terrorçu zərərsizləşdirilib. Bunun ardınca isə Türkiyənin İraqdakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. İraq Xarici İşlər Nazirliyindən verilən məlumata görə, PKK-ya qarşı təşkil edilən hücum zamanı regiona zərər dəydiyi səfirin diqqətinə çatdırılıb. Həmçinin, İraqın hava məkanının pozulduğu bəyan edilib. Rubrika.Az Geri qayıt |