Türkiyənin antiterrror əməliyyatı qalmaqal yaratdı
![]()
Türkiyə Silahlı Qüvvələri antiterror əməliyyatlarını davam etdirir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hərbi Hava qüvvələrinin qırıcıları İraqın şimalındakı Zap və Hakurk bölgələrindəki terror düşərgələrini bombalayıb. Əməliyyat nəticəsində 8 terrorçu zərərsizləşdirilib.
Bunun ardınca isə Türkiyənin İraqdakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
İraq Xarici İşlər Nazirliyindən verilən məlumata görə, PKK-ya qarşı təşkil edilən hücum zamanı regiona zərər dəydiyi səfirin diqqətinə çatdırılıb. Həmçinin, İraqın hava məkanının pozulduğu bəyan edilib.
Rubrika.Az
Facebook-da paylaş















