Əsas Səhifə > Hadisə > İranda avtobus qəzası: azı 10 nəfər ölüb, 26 nəfər yaralanıb
İranda avtobus qəzası: azı 10 nəfər ölüb, 26 nəfər yaralanıb26-12-2018, 15:45 |
![]() İranın paytaxtı Tehranda tələbələri daşıyan avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər həlak olub, 26 nəfər isə xəsarət alıb. Rubrika.Az AZƏRTAC-a istinadla xəbər verir ki, qəza Tehran şəhərindəki Azad İslam Universitetinin Elmi-Tədqiqat Bölməsinin ərazisində baş verib. Avtobus yüksək sürətlə beton divara çırpılaraq aşıb. Yerli KİV-lərin məlumatına əsasən, qəzadan öncə sürücüdə ürəktutması olub. Bu versiya hələlik rəsmi təsdiqini tapmayıb. Hadisə ilə bağlı təhqiqat davam edir. Rubrika.Az Geri qayıt |