İranda avtobus qəzası: azı 10 nəfər ölüb, 26 nəfər yaralanıb

İranın paytaxtı Tehranda tələbələri daşıyan avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər həlak olub, 26 nəfər isə xəsarət alıb.
Rubrika.Az AZƏRTAC-a istinadla xəbər verir ki, qəza Tehran şəhərindəki Azad İslam Universitetinin Elmi-Tədqiqat Bölməsinin ərazisində baş verib. Avtobus yüksək sürətlə beton divara çırpılaraq aşıb.
Yerli KİV-lərin məlumatına əsasən, qəzadan öncə sürücüdə ürəktutması olub. Bu versiya hələlik rəsmi təsdiqini tapmayıb. Hadisə ilə bağlı təhqiqat davam edir.
Rubrika.Az
Facebook-da paylaş












