Əsas Səhifə > Hadisə > Cəfər Cabbarlının həyatı haqqında filmin çəkilişləri başladı
Cəfər Cabbarlının həyatı haqqında filmin çəkilişləri başladı28-12-2018, 23:45 |
![]() Dahi dramaturq Cəfər Cabbarlının həyatı və fəaliyyəti haqqında filmin çəkilişləri başlayıb. Rubrika.Az AZƏRTACA-a istinadən bildirir ki, “ARB Aranfilm” yaradıcı mərkəzi tərəfindən çəkilən filmdə C.Cabbarlının Rusiya İmperasiyasında və sovet dönəmində Azərbaycan Demokratik Respublikasında ədəbi və siyasi proseslərdə aktiv iştirakı haqqında söhbət edilir. Filmin rejissoru – Babək Abbaszadə, operator – Rafiq Əliyev, məsləhətçi-prodüser – Asif Rüstəmli, icraçı prodüser – Nicat Məmmədov, bəddi rəhbər – Tahir Tahiroviç, prodüser – İqbal Məmmədəliyevdir. C.Cabbarlı rolunda isə aktyor Şəmistan Süleymanlı iştirak edəcək. Qeyd edək ki, filmin təqdimatı dramaturqun 120 illik yubileyi ərəfəsində baş tutacaqdır. Rubrika.Az Geri qayıt |