Cəfər Cabbarlının həyatı haqqında filmin çəkilişləri başladı

Dahi dramaturq Cəfər Cabbarlının həyatı və fəaliyyəti haqqında filmin çəkilişləri başlayıb.
Rubrika.Az AZƏRTACA-a istinadən bildirir ki, “ARB Aranfilm” yaradıcı mərkəzi tərəfindən çəkilən filmdə C.Cabbarlının Rusiya İmperasiyasında və sovet dönəmində Azərbaycan Demokratik Respublikasında ədəbi və siyasi proseslərdə aktiv iştirakı haqqında söhbət edilir.
Filmin rejissoru – Babək Abbaszadə, operator – Rafiq Əliyev, məsləhətçi-prodüser – Asif Rüstəmli, icraçı prodüser – Nicat Məmmədov, bəddi rəhbər – Tahir Tahiroviç, prodüser – İqbal Məmmədəliyevdir.
C.Cabbarlı rolunda isə aktyor Şəmistan Süleymanlı iştirak edəcək.
Qeyd edək ki, filmin təqdimatı dramaturqun 120 illik yubileyi ərəfəsində baş tutacaqdır.
Rubrika.Az
Facebook-da paylaş












