Əsas Səhifə > Hadisə > Türkiyədə 24 yaşlı Azərbaycanlı qızı öldürdülər - FOTO

Türkiyədə 24 yaşlı Azərbaycanlı qızı öldürdülər - FOTO


3-01-2019, 17:08
Türkiyədə 24 yaşlı Azərbaycanlı qızı öldürdülər - FOTO

Türkiyənin Burdur əyalətinin Tefenni rayonunda Azərbaycan vətəndaşı qətlə yetirilib.

Rubrika.az “Report”a istinadən xəbər verir ki, 24 yaşlı Qənirə Cabbarova Teffeni-Çavdır avtomobil yolunun Beyköy yolayrıcında avtomobildə H.A. adlı şəxslə mübahisə edib. Bu mübahisənin dava-dalaşa dönməsi nəticəsində Qənirə Cabbarova bıçaqlanıb. H.A. həbs edilib.

Azərbaycan vətəndaşının cənazəsi isə müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anotomiya Birliyinin Antalya şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Rubrika.az
Geri qayıt