Türkiyədə 24 yaşlı Azərbaycanlı qızı öldürdülər - FOTO

Türkiyənin Burdur əyalətinin Tefenni rayonunda Azərbaycan vətəndaşı qətlə yetirilib.
Rubrika.az “Report”a istinadən xəbər verir ki, 24 yaşlı Qənirə Cabbarova Teffeni-Çavdır avtomobil yolunun Beyköy yolayrıcında avtomobildə H.A. adlı şəxslə mübahisə edib. Bu mübahisənin dava-dalaşa dönməsi nəticəsində Qənirə Cabbarova bıçaqlanıb. H.A. həbs edilib.
Azərbaycan vətəndaşının cənazəsi isə müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anotomiya Birliyinin Antalya şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş















