Əsas Səhifə > Qalmaqal > Rusiyada daha bir yaşayış binasında partlayış baş verdi
Rusiyada daha bir yaşayış binasında partlayış baş verdi14-01-2019, 10:30 |
![]() Rusiyanın Rostov vilayətinin Şaxtı şəhərində bu səhər çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. Rubrika.az Virtualaz.org-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, məişət qazının partlaması nəticəsində bir qadın həlak olub. Binanın dağıntıları altında insanların olması istisna edilmir. Xatırladaq ki, dekabrın 31-də Maqnitoqorsk şəhərində yaşayış binasının bir bloku məişət qazının partlaması nəticəsində uçulmuşdu. Həmin hadisə nəticəsində 39 nəfər həlak olmuşdu. Rubrika.az Geri qayıt |