Rusiyada daha bir yaşayış binasında partlayış baş verdi

Rusiyanın Rostov vilayətinin Şaxtı şəhərində bu səhər çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.
Rubrika.az Virtualaz.org-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, məişət qazının partlaması nəticəsində bir qadın həlak olub.
Binanın dağıntıları altında insanların olması istisna edilmir.
Xatırladaq ki, dekabrın 31-də Maqnitoqorsk şəhərində yaşayış binasının bir bloku məişət qazının partlaması nəticəsində uçulmuşdu. Həmin hadisə nəticəsində 39 nəfər həlak olmuşdu.
Rubrika.az
Facebook-da paylaş








