Əsas Səhifə > Hadisə > Azərbaycan elektrik enerjisini kimə satıb, kimdən alıb?
Azərbaycan elektrik enerjisini kimə satıb, kimdən alıb?17-01-2019, 18:36 |
![]() 2018-ci il ərzində Azərbaycan 1 milyard 447,7 milyon kVts elektrik enerjisi ixrac edib. Musavat.com-un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu, 2017-ci illə (1 milyard 282,5 milyon kVts) müqayisədə 165,2 milyon kVts artım deməkdir. Ötən il ərzində Azərbaycana enerji idxalı isə 131,1 milyon kVts təşkil edib ki, bu da 2017- ci illə (107,8 milyon kVts) müqayisədə 23,3 milyon kVts çox deməkdir. Hesabat dövründə ixrac olunan 1 milyard 447,7 mln. kVts elektrik enerjisinin 80,3 milyon kVts İranın, 13,45 milyon kVts Türkiyə-Gürcüstan tranzitin, 121,5 milyon kVts Rusiyanın, 1 milyard 232,4 milyon kVts Gürcüstanın payına düşür. İdxal olunan 131,1 milyon kVts elektrik enerjisinin 32,0 milyon kVts İranın, 76,0 milyon kVts Rusiyanın, 23,1 milyon kVts Gürcüstanın payına düşüb. Rubrika.Az Geri qayıt |