Azərbaycan elektrik enerjisini kimə satıb, kimdən alıb?

2018-ci il ərzində Azərbaycan 1 milyard 447,7 milyon kVts elektrik enerjisi ixrac edib.
Musavat.com-un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu, 2017-ci illə (1 milyard 282,5 milyon kVts) müqayisədə 165,2 milyon kVts artım deməkdir. Ötən il ərzində Azərbaycana enerji idxalı isə 131,1 milyon kVts təşkil edib ki, bu da 2017- ci illə (107,8 milyon kVts) müqayisədə 23,3 milyon kVts çox deməkdir.
Hesabat dövründə ixrac olunan 1 milyard 447,7 mln. kVts elektrik enerjisinin 80,3 milyon kVts İranın, 13,45 milyon kVts Türkiyə-Gürcüstan tranzitin, 121,5 milyon kVts Rusiyanın, 1 milyard 232,4 milyon kVts Gürcüstanın payına düşür. İdxal olunan 131,1 milyon kVts elektrik enerjisinin 32,0 milyon kVts İranın, 76,0 milyon kVts Rusiyanın, 23,1 milyon kVts Gürcüstanın payına düşüb.
Rubrika.Az
Facebook-da paylaş











