Əsas Səhifə > Hadisə > Şəhid ailələri üçün prezident təqaüdü artırılıb
Şəhid ailələri üçün prezident təqaüdü artırılıb30-01-2019, 18:35 |
|
Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında sərəncam imzalayıb. Rubrika.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib. Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. Xatırladaq ki, bu məbləğ əvvəl 242 manat təşkil edib. Rubrika.Az Geri qayıt |