Şəhid ailələri üçün prezident təqaüdü artırılıb
![]()
Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında sərəncam imzalayıb.
Rubrika.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib.
Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Xatırladaq ki, bu məbləğ əvvəl 242 manat təşkil edib.
Rubrika.Az
Facebook-da paylaş












