Əsas Səhifə > Hadisə > Trampın Venesuelaya hərbi müdaxilə ilə bağlı sözləri beynəlxalq hüquqa ziddir
Trampın Venesuelaya hərbi müdaxilə ilə bağlı sözləri beynəlxalq hüquqa ziddir4-02-2019, 13:16 |
![]() ABŞ prezidenti Donald Trampın Venesuelada güc tətbiq edilməsi ehtimalı haqqında bəyanatı beynəlxalq hüququn əsaslarını pozur. SalamNews TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qırğızıstan-Rusiya Slavyan Universitetindəki çıxışı zamanı bildirib. "Birləşmiş Ştatlar nəyin bahasına olursa-olsun rejimi dəyişdirmək istədiklərini gizlətmir. Beləliklə, dünən Tramp, müzakirə masasında hərbi müdaxilə seçiminin qaldığını söyləyib. Bu, beynəlxalq hüququn bütün əsaslarını pozur ", - Lavrov deyib. Qeyd edək ki, Tramp Venesuelada ABŞ Silahlı Qüvvələrindən istifadəsi ehtimalını istisna etməyib. Rubrika.az Geri qayıt |