Trampın Venesuelaya hərbi müdaxilə ilə bağlı sözləri beynəlxalq hüquqa ziddir

ABŞ prezidenti Donald Trampın Venesuelada güc tətbiq edilməsi ehtimalı haqqında bəyanatı beynəlxalq hüququn əsaslarını pozur.
SalamNews TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qırğızıstan-Rusiya Slavyan Universitetindəki çıxışı zamanı bildirib.
"Birləşmiş Ştatlar nəyin bahasına olursa-olsun rejimi dəyişdirmək istədiklərini gizlətmir. Beləliklə, dünən Tramp, müzakirə masasında hərbi müdaxilə seçiminin qaldığını söyləyib. Bu, beynəlxalq hüququn bütün əsaslarını pozur ", - Lavrov deyib.
Qeyd edək ki, Tramp Venesuelada ABŞ Silahlı Qüvvələrindən istifadəsi ehtimalını istisna etməyib.
Rubrika.az
Facebook-da paylaş













