Əsas Səhifə > Hadisə > Antalyada azərbaycanlının meyiti tapıldı

Antalyada azərbaycanlının meyiti tapıldı


4-02-2019, 23:43
Antalyada azərbaycanlının meyiti tapıldı

Türkiyənin Antalya bölgəsində mənzildə Azərbaycan vətəndaşının meyiti tapılıb.

TGRT Haber-in yaydığı məlumata görə, 34 yaşlı Saleh Abdullayevin meyiti kirayə qaldığı evin hamam otağında aşkarlanıb.

Meyiti tapan S. Abdullayevin otaq yoldaşının anası olub. O dərhal bu barədə polisə xəbər verib.

Bildirilir ki, S. Abdullayev turizm sektorunda çalışırdı. Onun ölüm səbəbi ekspertizadan sonra açıqlanacaq.


Rubrika.Az
Geri qayıt