Antalyada azərbaycanlının meyiti tapıldı
![]()
Türkiyənin Antalya bölgəsində mənzildə Azərbaycan vətəndaşının meyiti tapılıb.
TGRT Haber-in yaydığı məlumata görə, 34 yaşlı Saleh Abdullayevin meyiti kirayə qaldığı evin hamam otağında aşkarlanıb.
Meyiti tapan S. Abdullayevin otaq yoldaşının anası olub. O dərhal bu barədə polisə xəbər verib.
Bildirilir ki, S. Abdullayev turizm sektorunda çalışırdı. Onun ölüm səbəbi ekspertizadan sonra açıqlanacaq.
Rubrika.Az
Facebook-da paylaş












