Əsas Səhifə > Hadisə > Murad Şirəliyev “Beynəlxalq Bank”dan işdən çıxdı
Murad Şirəliyev “Beynəlxalq Bank”dan işdən çıxdı6-02-2019, 18:38 |
|
“Azərbaycan Beynəlxalq Bank” ASC-nin İdarə Heyətinin sədr müavini Murad Şirəliyev işdən çıxıb. Rubrika.Az Oxu.Az-a istinaden məlumatına görə, M.Şirəliyevin “Solaris GmbH” şirkətində direktor vəzifəsinə təyinat aldığı bildirilir. Məlumata görə, M.Şirəliyev 2018-ci ilin dekabr ayında işdən ayrılmaqla bağlı ərizə yazıb. Onun yerinə isə bu vəzifəni hazırda Vasif Əhmədov icra edir. Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyevin oğlu olan Murad Şirəliyev 3 il 6 ay - 2015-ci ilin iyul ayından 2018-ci ilin dekabr ayına qədər ABB-nin İH-nin sədr müavini olub. Rubrika.Az Geri qayıt |