Murad Şirəliyev “Beynəlxalq Bank”dan işdən çıxdı
![]()
“Azərbaycan Beynəlxalq Bank” ASC-nin İdarə Heyətinin sədr müavini Murad Şirəliyev işdən çıxıb.
Rubrika.Az Oxu.Az-a istinaden məlumatına görə, M.Şirəliyevin “Solaris GmbH” şirkətində direktor vəzifəsinə təyinat aldığı bildirilir.
Məlumata görə, M.Şirəliyev 2018-ci ilin dekabr ayında işdən ayrılmaqla bağlı ərizə yazıb.
Onun yerinə isə bu vəzifəni hazırda Vasif Əhmədov icra edir.
Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyevin oğlu olan Murad Şirəliyev 3 il 6 ay - 2015-ci ilin iyul ayından 2018-ci ilin dekabr ayına qədər ABB-nin İH-nin sədr müavini olub.
Rubrika.Az
Facebook-da paylaş












