Əsas Səhifə > Hadisə > Azərbaycanlıların Tbilisidə kütləvi etiraz aksiyasına icazə verilib

Azərbaycanlıların Tbilisidə kütləvi etiraz aksiyasına icazə verilib


6-02-2019, 23:22
Azərbaycanlıların Tbilisidə kütləvi etiraz aksiyasına icazə verilib

Gürcüstan azərbaycanlıları fevralın 8-də Tbilisidə, parlamentin binası qarşısında Axalkalakidə Qarabağ separatçısı olan erməni hərbçi Mixail Avaqyana büst qoyulmasına qarşı kütləvi etiraz aksiyası keçirəcəklər.

Rubrika.Az “Report”un Gürcüstan bürosu-na istinaden verdiyi xəbərə görə, bu barədə aksiya təşkilatçılarından olan Sevinc Hümbətova məlumat yayıb.

Tbilisi meriyası ilə razılaşdırılmış dinc aksiya saat 14:00-a təyin olunub. Aksiya iştirakçıları separatçıya büstün qoyulmasına qəti etirazlarını ifadə etməklə yanaşı, abidənin götürülməsini də tələb edəcəklər.


Rubrika.Az
Geri qayıt