Azərbaycanlıların Tbilisidə kütləvi etiraz aksiyasına icazə verilib

Gürcüstan azərbaycanlıları fevralın 8-də Tbilisidə, parlamentin binası qarşısında Axalkalakidə Qarabağ separatçısı olan erməni hərbçi Mixail Avaqyana büst qoyulmasına qarşı kütləvi etiraz aksiyası keçirəcəklər.
Rubrika.Az “Report”un Gürcüstan bürosu-na istinaden verdiyi xəbərə görə, bu barədə aksiya təşkilatçılarından olan Sevinc Hümbətova məlumat yayıb.
Tbilisi meriyası ilə razılaşdırılmış dinc aksiya saat 14:00-a təyin olunub. Aksiya iştirakçıları separatçıya büstün qoyulmasına qəti etirazlarını ifadə etməklə yanaşı, abidənin götürülməsini də tələb edəcəklər.
Rubrika.Az
Facebook-da paylaş









