Əsas Səhifə > Dünya > Sarkisyan yenidən dindirildi - BU DƏFƏ 4 SAAT
Sarkisyan yenidən dindirildi - BU DƏFƏ 4 SAAT8-02-2019, 10:29 |
![]() Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan 2008-ci ilin 1 mart hadisələri ilə əlaqədar Xüsusi İstintaq Xidmətində yenidən dindirilib. RUBRİKA.AZ Virtualaz.org-a istinadən bildirir ki, təkrar dindirilmə 4 saat çəkib. Ermənistan Xüsusi İstintaq Xidməti isə bu barədə şərh verməyib. Qeyd edək ki, Serj Sarkisyan fevralında 4-də Xüsusi İstintaq Komitəsində 5 saat ifadə vermişdi. Onun təkrar dindiriləcəyi istisna edilmirdi. Xatırladaq ki, Ermənistanda prezident seçkilərindən sonra 1-2 mart 2008-ci il tarixində Levon-Ter-Petrosyanın tərəfdarları Mərkəzi Seçki Komissiyasının nəticələrini tanımaqdan imtina edərək etiraz aksiyaları keçiriblər. Onlara qarşı döyüş silahları tətbiq olunub. Nəticədə 10 nəfər ölüb, 200 nəfər isə yaralanıb. RUBRİKA.AZ Geri qayıt |