Sarkisyan yenidən dindirildi - BU DƏFƏ 4 SAAT

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan 2008-ci ilin 1 mart hadisələri ilə əlaqədar Xüsusi İstintaq Xidmətində yenidən dindirilib.
RUBRİKA.AZ Virtualaz.org-a istinadən bildirir ki, təkrar dindirilmə 4 saat çəkib. Ermənistan Xüsusi İstintaq Xidməti isə bu barədə şərh verməyib.
Qeyd edək ki, Serj Sarkisyan fevralında 4-də Xüsusi İstintaq Komitəsində 5 saat ifadə vermişdi. Onun təkrar dindiriləcəyi istisna edilmirdi.
Xatırladaq ki, Ermənistanda prezident seçkilərindən sonra 1-2 mart 2008-ci il tarixində Levon-Ter-Petrosyanın tərəfdarları Mərkəzi Seçki Komissiyasının nəticələrini tanımaqdan imtina edərək etiraz aksiyaları keçiriblər. Onlara qarşı döyüş silahları tətbiq olunub. Nəticədə 10 nəfər ölüb, 200 nəfər isə yaralanıb.
RUBRİKA.AZ
Facebook-da paylaş













