Əsas Səhifə > Hadisə > "Məhkəmələrdə dollar kreditləri ilə bağlı 200 minə yaxın iş var" - deputat
"Məhkəmələrdə dollar kreditləri ilə bağlı 200 minə yaxın iş var" - deputat12-02-2019, 12:56 |
![]() Deputat Vahid Əhmədov Milli Məclisin iclasında problemli kreditlərlə bağlı məsələ qaldırıb. Rubrika.Az-ın Modern.az-a istinadə məlumatına görə, o bildirib ki, narahatedici məsələlərdən biri də dollar krediti ilə bağlıdır: “İnsanların bu sahədə çox ciddi problemləri olduğu üçün Prezident İlham Əliyevdən xahiş edərdik ki, bu məsələyə də baxsın”-deyə V.Əhmədov söyləyib. O bildirib ki, hazırda bu məsələlərlə bağlı məhkəmələrdə 200 minə yaxın iş var. V.Əhmədov xatırladıb ki, dollar krediti ilə bağlı həmkarı Əli Məsimli ilə birlikdə təkliflər hazırlayıb: “Yaxşı olardı ki, bu təkliflər nəzərə alınsın”. Rubrika.Az Geri qayıt |