"Məhkəmələrdə dollar kreditləri ilə bağlı 200 minə yaxın iş var" - deputat

Deputat Vahid Əhmədov Milli Məclisin iclasında problemli kreditlərlə bağlı məsələ qaldırıb.
Rubrika.Az-ın Modern.az-a istinadə məlumatına görə, o bildirib ki, narahatedici məsələlərdən biri də dollar krediti ilə bağlıdır:
“İnsanların bu sahədə çox ciddi problemləri olduğu üçün Prezident İlham Əliyevdən xahiş edərdik ki, bu məsələyə də baxsın”-deyə V.Əhmədov söyləyib.
O bildirib ki, hazırda bu məsələlərlə bağlı məhkəmələrdə 200 minə yaxın iş var.
V.Əhmədov xatırladıb ki, dollar krediti ilə bağlı həmkarı Əli Məsimli ilə birlikdə təkliflər hazırlayıb: “Yaxşı olardı ki, bu təkliflər nəzərə alınsın”.
Rubrika.Az
Facebook-da paylaş














