Əsas Səhifə > Hadisə > İranda yol qəzası: 4 nəfər öldü, 2 nəfər yaralandı

İranda yol qəzası: 4 nəfər öldü, 2 nəfər yaralandı


13-02-2019, 10:52
İranda yol qəzası: 4 nəfər öldü, 2 nəfər yaralandı

İranın Qum-Kaşan avtomagistralında dəhşətli yol qəzası baş verib.

Rubrika.az-in Trend-ə istinadən məlumatına görə, "Pride" markalı avtomobil yük maşını ilə toqquşub. Nəticədə "Pride" avtomobilinin biri uşaq olmaqla 4 sərnişini hadisə yerində keçinib. Yük maşınının iki sərnişini yaralanıb.

Hadisə yerinə təcili yardım maşını ilə bərabər vertolyot da ezam olunub.

Rubrika.az
Geri qayıt