İranda yol qəzası: 4 nəfər öldü, 2 nəfər yaralandı
![]()
İranın Qum-Kaşan avtomagistralında dəhşətli yol qəzası baş verib.
Rubrika.az-in Trend-ə istinadən məlumatına görə, "Pride" markalı avtomobil yük maşını ilə toqquşub. Nəticədə "Pride" avtomobilinin biri uşaq olmaqla 4 sərnişini hadisə yerində keçinib. Yük maşınının iki sərnişini yaralanıb.
Hadisə yerinə təcili yardım maşını ilə bərabər vertolyot da ezam olunub.
Rubrika.az
Facebook-da paylaş













