Əsas Səhifə > Hadisə > “Sarı jiletlilər” 14-cü dəfə küçəyə çıxıblar

“Sarı jiletlilər” 14-cü dəfə küçəyə çıxıblar


16-02-2019, 23:15
“Sarı jiletlilər” 14-cü dəfə küçəyə çıxıblar

Fransada “sarı jiletlilər”in etiraz aksiyaları davam edir.

Rubrika.Az xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar paytaxt Parislə yanaşı Bordo, Marsel, Lill, Lion, Sent-Etyen və Monpelyedə 14-cü dəfə küçələrə çıxıblar.

Polis və nümayişçilər arasında qarşıdurma olub. Təhlükəsizlik xidmətinin əməkdaşları saxlanılanların olduğunu bildirib.
Qeyd edək ki, etirazlara 2018-ci ilin noyabrında neft məhsulları və benzinin qiymətinin qalxması səbəb olub.

Rubrika.Az
Geri qayıt