“Sarı jiletlilər” 14-cü dəfə küçəyə çıxıblar
![]()
Fransada “sarı jiletlilər”in etiraz aksiyaları davam edir.
Rubrika.Az xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar paytaxt Parislə yanaşı Bordo, Marsel, Lill, Lion, Sent-Etyen və Monpelyedə 14-cü dəfə küçələrə çıxıblar.
Polis və nümayişçilər arasında qarşıdurma olub. Təhlükəsizlik xidmətinin əməkdaşları saxlanılanların olduğunu bildirib.
Qeyd edək ki, etirazlara 2018-ci ilin noyabrında neft məhsulları və benzinin qiymətinin qalxması səbəb olub.
Rubrika.Az
Facebook-da paylaş











