Əsas Səhifə > Hadisə > Şəhid ailələrinin kredit borcları bağışlanır
Şəhid ailələrinin kredit borcları bağışlanır2-04-2019, 12:56 |
![]() “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib. Rubrika.Az ABA-ya istinadən xəbər verir ki, iclasda yekdilliklə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1 000 manata kreditlərinin (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilməsi barədə qərar qəbul edilib. Bundan başqa, banklara bu istiqamətdə əlavə güzəşt imkanlarının araşdırılması tövsiyə olunub. Rubrika.Az Geri qayıt |