Şəhid ailələrinin kredit borcları bağışlanır

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.
Rubrika.Az ABA-ya istinadən xəbər verir ki, iclasda yekdilliklə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1 000 manata kreditlərinin (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilməsi barədə qərar qəbul edilib.
Bundan başqa, banklara bu istiqamətdə əlavə güzəşt imkanlarının araşdırılması tövsiyə olunub.
Rubrika.Az
Facebook-da paylaş











