Əsas Səhifə > Hadisə > Generalın sürücüsünə qarşı dələduzluq etmiş qadın məhkəmə qarşısında
Generalın sürücüsünə qarşı dələduzluq etmiş qadın məhkəmə qarşısında2-05-2019, 11:50 |
![]() Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Gülarə Əliyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Rubrika.Az-ın Virtualaz.org-a istinadən xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı mayın 8-nə təyin edilib. İttihama görə, G.Əliyeva iş üzrə zərərçəkmiş qismində tanınan Nəcəf Nəsirliyə özünü qızıl-zinət əşyalarının biznesi ilə məşğul olan sahibkar kimi təqdim edib. Qadın N.Nəsirlinin ona olan inamından sui-istifadə edərək 615 min dollar dəyərində qızıl-zinət əşyalarını ələ keçirib. İş üzrə zərərçəkmiş N.Nəsirli Bakının Gömrük İdarəsinin keçmiş rəhbəri, general Vüsal Novruzovun sürücüsü olub. Rubrika.Az Geri qayıt |