Generalın sürücüsünə qarşı dələduzluq etmiş qadın məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Gülarə Əliyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Rubrika.Az-ın Virtualaz.org-a istinadən xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı mayın 8-nə təyin edilib.
İttihama görə, G.Əliyeva iş üzrə zərərçəkmiş qismində tanınan Nəcəf Nəsirliyə özünü qızıl-zinət əşyalarının biznesi ilə məşğul olan sahibkar kimi təqdim edib. Qadın N.Nəsirlinin ona olan inamından sui-istifadə edərək 615 min dollar dəyərində qızıl-zinət əşyalarını ələ keçirib.
İş üzrə zərərçəkmiş N.Nəsirli Bakının Gömrük İdarəsinin keçmiş rəhbəri, general Vüsal Novruzovun sürücüsü olub.
Rubrika.Az
Facebook-da paylaş








