Əsas Səhifə > Hadisə > Azərbaycan diasporunun liderlərindən biri Fuad Abbasov saxlanılıb və... Rusiyadan deportasiya olunacaq

Azərbaycan diasporunun liderlərindən biri Fuad Abbasov saxlanılıb və... Rusiyadan deportasiya olunacaq


21-05-2019, 10:06
Azərbaycan diasporunun liderlərindən biri Fuad Abbasov saxlanılıb və... Rusiyadan deportasiya olunacaq

Rusiyada Azərbaycan diasporunun liderlərindən və fəallarından biri Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya olunacaq.

Virtualaz.org Moskva şəhəri üzrə Daxili İşlər İdarəsinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, dünən jurnalist Moskvada polis əməıkdaşları tərəfindən saxlanılıb. Virtualaz.org-un mənbələrinin bildirdiyinə görə, F.Abbasov Bakıya deportasiya ediləcək.

Rusiyanın bir neçə azərbaycanlı icması Moskva məhkəməsinə müraciət edərək, F.Abbasovun ölkədən deportasiya olunmasını tələb edib. Moskva məhkəməsi mayın 7-də Azərbaycan təşkilatlarının müraciətini təmin edib. F.Abbasov Rusiyanın miqrasiya qamunvericiliyinin pozulmasında ittiham olunur.

Rubrika.Az
Geri qayıt