Azərbaycan diasporunun liderlərindən biri Fuad Abbasov saxlanılıb və... Rusiyadan deportasiya olunacaq

Rusiyada Azərbaycan diasporunun liderlərindən və fəallarından biri Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya olunacaq.
Virtualaz.org Moskva şəhəri üzrə Daxili İşlər İdarəsinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, dünən jurnalist Moskvada polis əməıkdaşları tərəfindən saxlanılıb. Virtualaz.org-un mənbələrinin bildirdiyinə görə, F.Abbasov Bakıya deportasiya ediləcək.
Rusiyanın bir neçə azərbaycanlı icması Moskva məhkəməsinə müraciət edərək, F.Abbasovun ölkədən deportasiya olunmasını tələb edib. Moskva məhkəməsi mayın 7-də Azərbaycan təşkilatlarının müraciətini təmin edib. F.Abbasov Rusiyanın miqrasiya qamunvericiliyinin pozulmasında ittiham olunur.
Rubrika.Az
Facebook-da paylaş












