Əsas Səhifə > Səhiyyə > “Ege” hospitalda xarici vətəndaş əməliyyat zamanı ölüb

“Ege” hospitalda xarici vətəndaş əməliyyat zamanı ölüb


10-06-2019, 11:27
“Ege” hospitalda xarici vətəndaş əməliyyat zamanı ölüb

Bakıda xarici vətəndaş cərrahiyyə əməliyyatı zamanı ölüb.

Rubrika.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən “Ege” hospitalında qeydə alınıb.

Bu özəl klinikada müalicə alan Rusiya vətəndaşı 1958-ci il təvəllüdlü Lyüdmila Timofeyevna Yardşinko əməliyyat masasında dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Rubrika.az
Geri qayıt