“Ege” hospitalda xarici vətəndaş əməliyyat zamanı ölüb

Bakıda xarici vətəndaş cərrahiyyə əməliyyatı zamanı ölüb.
Rubrika.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən “Ege” hospitalında qeydə alınıb.
Bu özəl klinikada müalicə alan Rusiya vətəndaşı 1958-ci il təvəllüdlü Lyüdmila Timofeyevna Yardşinko əməliyyat masasında dünyasını dəyişib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş









