Əsas Səhifə > Hadisə > 9 uşaq atasının cəsədi tapıldı: Belinə 25 kiloqram ağırlığında daş bağlanıbmış...

9 uşaq atasının cəsədi tapıldı: Belinə 25 kiloqram ağırlığında daş bağlanıbmış...


10-06-2019, 17:12
9 uşaq atasının cəsədi tapıldı: Belinə 25 kiloqram ağırlığında daş bağlanıbmış...


Adıyamanda 8 gündür itkin düşən 9 uşaq atasının cəsədi göldən çıxarılıb.

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 59 yaşlı Osman Doğan 8 gün öncə anidən itkin düşüb.

Ailəsi tərəfindən axtarılan kişinin meyiti Horik məhəlləsində yerləşən göldən tapılıb.

Osman Doğanın meyiti çıxarılan zaman onun belində içərisində 20-25 kiloqram ağırlığında daşlar olan torba olub.

9 uşaq atası olan Osman Doğanın meyiti ekspertiza üçün morqa aparılıb.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Osman Doğanın intihar etdiyi və ya öldürülməsi istiqamətində araşdırmalar davam edir.

Rubrika.Az
Geri qayıt