9 uşaq atasının cəsədi tapıldı: Belinə 25 kiloqram ağırlığında daş bağlanıbmış...
![]()
Adıyamanda 8 gündür itkin düşən 9 uşaq atasının cəsədi göldən çıxarılıb.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 59 yaşlı Osman Doğan 8 gün öncə anidən itkin düşüb.
Ailəsi tərəfindən axtarılan kişinin meyiti Horik məhəlləsində yerləşən göldən tapılıb.
Osman Doğanın meyiti çıxarılan zaman onun belində içərisində 20-25 kiloqram ağırlığında daşlar olan torba olub.
9 uşaq atası olan Osman Doğanın meyiti ekspertiza üçün morqa aparılıb.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Osman Doğanın intihar etdiyi və ya öldürülməsi istiqamətində araşdırmalar davam edir.
Rubrika.Az
Facebook-da paylaş













