Əsas Səhifə > Mədəniyyət > Novruz Məmmədov bu şəxslərin maaşlarını artırdı - 9 manat
Novruz Məmmədov bu şəxslərin maaşlarını artırdı - 9 manat20-06-2019, 11:12 |
|
Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları və "Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları haqqında” Nazirlər Kabinetinin 2014-cü il 4 fevral tarixli 32 nömrəli qərarında dəyişiklik edilib. Rubrika.az qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən vergi orqanlarının xidməti heyətinin vəzifə maaşları 171 manatdan 180 manata qaldırılıb. Bu qərar 2019-cu il martın 1-dən tətbiq edilir. Qeyd edək ki, xidməti heyətə yardımçı fəhlə, gözətçi, bağban, ocaqçı və digərləri daxildir. Rubrika.az Geri qayıt |