Novruz Məmmədov bu şəxslərin maaşlarını artırdı - 9 manat
![]()
Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları və "Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları haqqında” Nazirlər Kabinetinin 2014-cü il 4 fevral tarixli 32 nömrəli qərarında dəyişiklik edilib.
Rubrika.az qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən vergi orqanlarının xidməti heyətinin vəzifə maaşları 171 manatdan 180 manata qaldırılıb.
Bu qərar 2019-cu il martın 1-dən tətbiq edilir.
Qeyd edək ki, xidməti heyətə yardımçı fəhlə, gözətçi, bağban, ocaqçı və digərləri daxildir.
Rubrika.az
Facebook-da paylaş













