Əsas Səhifə > Hadisə > Keçmiş qaynını ürəyindən bıçaqlayıb qaçdı - YENİLƏNİB
Keçmiş qaynını ürəyindən bıçaqlayıb qaçdı - YENİLƏNİB21-06-2019, 09:34 |
|
Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Rubrika.Az-ın Oxu.Az-a istinadən məlumatına görə, Müşfiq Ərəsov keçmiş qaynı, 1996-cı il təvəllüdlü İbrahim Etibar oğlu İsmayılovu ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib. O, daha sonra İbrahimin bacısına, yəni keçmiş həyat yoldaşı olan 1991-cil təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızına da bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılaraq təcili əməliyyata alınıb. M.Ərəsov Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır. 20 iyun, 23:35 Bakının Suraxanı rayonunda bıçaqlanma olub. 35-40 yaşlarında olan Müşfiq Ərəsov keçmiş qaynına və həyat yoldaşına - 1991-cil təvəllüdlü Zülfiyyə Etibar qızı Ərəsovaya bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Z.Ərəsova dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılaraq təcili əməliyyata alınıb. Faktı Suraxanı Rayon Polis İdarəsi araşdırır. Rubrika.Az Geri qayıt |