Keçmiş qaynını ürəyindən bıçaqlayıb qaçdı - YENİLƏNİB
![]()
Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Rubrika.Az-ın Oxu.Az-a istinadən məlumatına görə, Müşfiq Ərəsov keçmiş qaynı, 1996-cı il təvəllüdlü İbrahim Etibar oğlu İsmayılovu ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib.
O, daha sonra İbrahimin bacısına, yəni keçmiş həyat yoldaşı olan 1991-cil təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızına da bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.
Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılaraq təcili əməliyyata alınıb.
M.Ərəsov Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.
20 iyun, 23:35
Bakının Suraxanı rayonunda bıçaqlanma olub.
35-40 yaşlarında olan Müşfiq Ərəsov keçmiş qaynına və həyat yoldaşına - 1991-cil təvəllüdlü Zülfiyyə Etibar qızı Ərəsovaya bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.
Z.Ərəsova dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılaraq təcili əməliyyata alınıb.
Faktı Suraxanı Rayon Polis İdarəsi araşdırır.
Rubrika.Az
Facebook-da paylaş



















