Əsas Səhifə > Hadisə > Bakıda ər arvadını ölümcül bıçaqladı
Bakıda ər arvadını ölümcül bıçaqladı21-06-2019, 10:51 |
![]() Bakıda kişi həyat yoldaşını bıçaqlayıb. Rubrika.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Paytaxtın Nəsimi rayonu, Novruzov qardaşları küçəsi ev 141-də yaşayan 1984-cü il təvəllüdlü Əliyev Ağalar Əliyar oğlu yaşadığı evdə qızqanclıq zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Əliyeva Günel Mahir qızını boyun və bel nayihəsindən bıçaqlayıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən A.Əliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb. Rubrika.az Geri qayıt |